“Air Albania”nın açılış mərasimi keçirilib - Tiranada

15 Sentyabr 2018 12:49 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mediasından əldə etdiyi xəbərə görə, “Rahibə Tereza” Hava Limanında təşkil olunmuş tədbirdə Albaniyanın baş naziri Edi Rama, Türkiyənin Tiranadakı səfiri Murad Əhməd Yörük, alban nazirlər və Türk Hava Yollarının səlahiyyətli nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər.

Albaniyanın baş naziri bu anın onlar üçün xüsusi məna daşıdığını ifadə edib.
Açılış mərasimində səlahiyyətlilər Türkiyə-Albaniya dostluq və əməkdaşlığı barədə çıxış ediblər.

Nurlan AĞA,
AzNews.az