8 polis həlak olub 3-ü isə yaralanıb

15 Sentyabr 2018 16:24 (UTC+04:00)

Əfqanıstanın cənubundakı Zəbul əyalətində silahlıların üç nəzarət-keçid məntəqəsinə hücumu zamanı 8 polis həlak olub.

AzNews.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, bu barədə 1TV telekanalı xəbər yayıb.

Əyalətin qubernatorunun rəsmi nümayəndəsi Gül İslam Siyal bildirib ki, daha 3 polis hücum nəticəsində yaralanıb.

Telekanalın məlumatına görə, hücuma görə məsuliyyəti "Taliban" terror qruplaşması üzərinə götürüb.

AzNews.az