“Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir” - Nikol Paşinyan

15 Sentyabr 2018 18:10 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Ermənistanda R.Koçaryan adda siyasi faktor yoxdur.

Hökumət başçısı R.Koçaryanın onun barəsində dediyi “Nikol Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq” fikrinə də münasibət bildirib: “Bununla Koçaryan siyasi prosesləri dərketmə səviyyəsini göstərir. Bu, onlar üçün küçə mübahisəsi deyil ki, uduzanlar gedərkən “sən peşman olacaqsan” desinlər”.