YAP Gənclər Birliyi Avropa Demokratik Gənclər Birliyinin üzvü seçilib

15 Sentyabr 2018 20:55 (UTC+04:00)

AzNews xəbər verir ki, iclasda YAP Gənclər Birliyinin bu təşkilata üzv seçilməsi məsələsi də müzakirə olunub. Müzakirələrin sonunda YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi haqqında qərar qəbul olunub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu etimada görə təşkilata və onun rəhbərliyinə təşəkkürünü bildirib. YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələrə malik olduğunu deyən S.Orucov rəhbərlik etdiyi təşkilatın DEMYC-in üzvü kimi də uğurla fəaliyyət göstərəcəyini qeyd edib.