AzNews.az xəbər verir ki, "hafta.az"-ın məlumatına görə, bu fikirləri Türkiyə mətbuatına açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar söyləyib.
Onun sözlərinə görə, Azərbaycan paytaxtının erməni və bolşevık silahlılarından azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığı üçün sevincli bir gündür: "Nuru paşanın səyləri ilə qurulan Qafqaz İslam Ordusunun daxil olduğu qanlı savaş sonrası heç kimin gözləmədiyi bir qabiliyyət əldə edildi. Çanakkala savaşında 2 min 800-dən çox könüllü azərbaycanlı gənc Türkiyə torpaqlarını işğaldan qurtaran zaman şəhid olub."
İki ölkə arasında münasibətlərin olduqca güclü olduğunu qed edən B.Dündar bu münasibətlərin bütün səviyyələrdə analoqunun olmadığını deyib: "Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Biz bu dostluğumuzu daha da zirvəyə daşımalıyıq".