Ramil Usubova aid saxta “facebook“ profili açılıb

30 Mart 2013 17:59 (UTC+04:00)
"Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun adına daha bir profil açılıb. Daxili İşlər Nazirliyi həmin profilin saxta olduğunu və Ramil Usubova heç bir aidiyyatı olmadığını bildirir".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, bir müddət əvvəl də nazirin adından "facebook" sosial şəbəkəsində iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb: "Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyatı yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq."

AzNews.az