"Zirə" 7-ci pilləyə yüksəldi

15 Sentyabr 2018 23:17 (UTC+04:00)

"Report xəbər verir ki, həftənin ikinci matçında "Səbail" "Bayıl Arena"da "Zirə"ni qəbul edib.

Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə ilk qolu 68-ci dəqiqədə penaltidən qonaqların hücumçusu Pərdis Fərcad-Azad vurub. Yekun nəticəni isə 84-cü dəqiqədə Rahid Əmirquliyev müəyyənləşdirib.

Bu heç-heçədən sonra xalını 4-ə çatdıran "Səbail" 6-cı pillədə qalıb.

İkinci xalını qazanan "Zirə" isə 7-ci pilləyə yüksəlib.