Məşhəddə 2 axund bıçaqlandı

15 Sentyabr 2018 23:59 (UTC+04:00)

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, naməlum şəxslərin hücumuna məruz qalaraq bıçaq yarası almış axund Məhəmməd Tulayi hazırda komadadır. Onun səhhətinin ağır olduğu bildirilir.

Hücuma məruz qalan və adı açıqlanmayan digər axundun səhhətinin isə qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.