Oxu.Az xəbər verir ki, rəqib müdafiəçisi Yan Vertongen barmağı ilə braziliyalının gözünə zərbə endirdikdən sonra, o, meydanı tərk etmək məcburiyyətində qalıb.
Firminonun gözündən qan gəldiyi qeyd edilir.
Hələlik futbolçunun aldığı zədənin nə dərəcədə ciddi olması barədə rəsmi açıqlama verilməyib.