Tramp müşavirə keçirdi

16 Sentyabr 2018 09:21 (UTC+04:00)

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti fotoinformasiya yayıb.

“Florens” qasırğasının gücü zəifləsə də, daşqınlar təhlükəsi qalmaqdadır, çünki qasırğa özü ilə bərabər böyük miqdarda yağıntı gətirib. Şimali və Cənubi Karolinanın 27 min əhalisi müvəqqəti sığınacaqlarda yerləşib. Yüz minlərlə insan elektrik enerjisiz qalıb. On bir nəfər qasırğanın qurbanı olub. ABŞ-ın şərq sahilində təyyarə reysləri təxirə salınıb.

AzNews.az