Tatami ustamız erməni rəqibini məğlub etdi

30 Mart 2013 18:10 (UTC+04:00)
Bu gün Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışları başlayıb. Ans press-in verilən məlumata görə,yarışın ilk günündə Azərbaycanın 9 cüdoçusu mübarizəyə qoşulub.

Cüdo ustamız Nicat Şixəlizadə 66 kq-da 1/8 final mərhələsində erməni rəqibi Armen Nazaryana qalib gəlib. Onun 1/4 final mərhələsində qazaxıstanlı Sergey Limlə qarşılaşacğı gözlənilir.

60 kq çəki dərəcəsində mübarizə aparan digər bir cüdoçumuz Vüqar Şirinli isə türkiyəli Ahmet Kaban və britaniyalı Eşli Makkenziyə, 1/4 finalda tunisli Fracu Dubinin də öhdəsindən gəlib.

Azərbaycanlı cüdoçunun 1/2 finalda rəqibi monqolustanlı Amartuvşin Daşdavaa olacaq. Yarışların sonuncu günü də mübarizəyə daha 8 cüdoçumuzun qoşulacağı gözlənilir.

Xatırladaq ki, 40 ölkədən 203-ü kişi, 117-si qadın olmaqla ümumilikdə 320 cüdoçunun qatıldığı yarış Türkiyədə 4 il dalbadal keçiriləcək.

AzNews.az