Roma Papası mafiyaya səsləndi: “Küfrdən əl çəkin”

16 Sentyabr 2018 10:26 (UTC+04:00)

Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə pontifik Siciliya mafiyasının qətlə yetirdiyi rahib Cüzeppe “Pino” Puqlisini xatırlayarkən bildirib.

“Allaha inanan bəndə mafioz ola bilməz. Mən mafiya üzvlərinə müraciət edirəm: qardaşlar və bacılar, dəyişin! Özünüz və pullarınız haqqında düşündüyünüz yetər. Əsl Tanrıya üz tutun, qardaş və bacılarım”, - Roma Papası deyib.

Qeyd edək ki, Puqlisi gəncləri talelərini narkotik və mafiya ilə bağlamamağa çağırırdı.

AzNews.az