Qasırğa zamanı mağazaları talan edənlər tutuldu

16 Sentyabr 2018 10:40 (UTC+04:00)

"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə Uilminqton şəhərinin polisi məlumat yayıb.

Bildirilir ki, polis bu cinayətlə bağlı 5 nəfəri həbs edib. Qeyd edək ki, "Florens" qasırğası artıq 11 nəfərin həyatına son qoyub, habelə bir sıra şəhərlərə ciddi ziyan vurub.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, ABŞ rəhbəri Donald Tramp gələn həftə təbii hadisədən zərər çəkən ərazilərə səfər etmək niyyətindədir.

AzNews.az