“Gülər Əhmədova psixotrop dərmanlar istifadə etmədən yata bilmir”

30 Mart 2013 18:19 (UTC+04:00)
Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq millət vəkili Gülər Əhmədovanın vəkili onunla görüşüb.

Bu barədə APA-ya vəkil Raqif Mustafayev məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin ürək tutmalarının olduğunu açıqlayıb: "Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov onkoloji xəstədir və artıq səhhətində ciddi problemlər yaranıb. Gülər Əhmədova bu xəbəri eşitdikdən sonra səhhəti daha da pisləşib. Bu stress səhhətində elə problem yaradıb ki, artıq Gülər Əhmədova psixotrop dərmanlar istifadə etmədən yata bilmir".

R. Mustafayev müdafiə etdiyi şəxsin barəsində aparılan ibtidai istintaqdan narazı olduğunu da qeyd edib.

AzNews.az