İŞİD dinc sakinlərə hücum etdi - Ölənlər var

16 Sentyabr 2018 12:49 (UTC+04:00)

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hücum Kərkük və Diyala vilayətlərində baş verib. Məlumata görə, terrorçuların Kərkükdən 55 kilometr cənub-şərqdəki El-Havica rayonuna hücumu zamanı 1 polis əməkdaşı və 1 dinc sakin öldürülüb. Daha 1 dinc sakin isə yaralanıb. Terrorçular hadisə yerindən qaçıblar.

İŞİD silahlılarının Diyala vilayətinə hücumu nəticəsində isə 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

AzNews.az