AzNews.az xəbər verir ki, Türkiyə vaxtı ilə saat 21.22-də prezident və heyətini daşıyan “Can” xüsusi uçağı Atatürk hava limanına enib. Bir müddət hava limanındakı Dövlət Qonaq Evində dincələn qardaş dövlətin başçısının konvoyu İstanbulun Zeytunburnu sahilində dayanıb.
Burada prezident avtomobilindən düşərək piknik təşkil edən vətəndaşlara yaxınlaşıb. O, vətəndaşlar tərəfindən sevgi və ehtiramla qarşılanıb, çaya qonaq edilib. Piknikdəki uşaqlara oyuncaq hədiyyə edən Ərdoğanla çoxlu selfi çəkdirilib. Bu arada Türkiyə lideri ənənəvi çağırışını da təkrarlayaq başına toplaşanlara siqareti tərgitməyi tövsiyyə edib.
Çormağan