AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci saziş Misirin dövlət neft şirkəti “EGPC” ilə Malayziyanın “Petronas” və “Shell International” şirkətləri arasında imzalanıb. Sərmayələrin ümumi həcmı 1 milyarddan dollardan artıqdıqdır. Saziş çərçivəsində Aralıq dənizinin dərin hissəsində 8 quyunun qazıntısı nəzərdə tutulur.
İkinci saziş Misirin dövlət neft şirkəti ilə Küveytin “Kuwayt Energy”, Kanadanın “Dover” və Böyük Britaniyanın “Rockhopper” neft şirkətləri arasında imzalanıb. Sərmayələrin ümumi həcmı 10 milyon dollar təşkil edir. Sazişə əsasən Misirin Qərb səhrasındakı 4 quyunun qazılması planlaşdırılır.
Qeyd etmək lazımdir ki, Misir 2014-cü ilin iyunundan etibarən ölkənin neft və qaz yataqlarının kəşf edilməsi sahəsində 63 saziş imzalayıb. Sərmayələrin ümumi həcmi 15 milyard dollar təşkil edir.
AzNews.az