“Qarabağ”ın rəqibi üçün pis xəbər

16 Sentyabr 2018 16:19 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi aprelin 12-də İspaniya "Atletiko"su ilə Avroliqanın 1/4 final oyunu zamanı "Joze Alvalade" stadionunun tribunalarındakı azarkeşlərin hakimlərə yad əşyalar atması göstərilib. UEFA-nın qərarına əsasən, "Qarabağ"la oyun zamanı stadionun Mərkəzi Qərb hissəsindəki A1 - A7 və B1 - B3 sektorlarına keçmək mümkün olmayacaq.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

AzNews.az