Siqareti atmaq istəyirsiniz?- Maraqlı

30 Mart 2013 19:10 (UTC+04:00)
Araşdırmaçılar apardığı tədqiqatlar nəticəsində qərara gəliblər ki, bütün işlərini, vərdişlərini siqaret asılılığından xilas olmaq üzərində quran insanlara çox deyil, yalnız 1 həftə lazımdır. Bu, 2008-ci ildən bəri təxminən 1500 nəfərə tətbiq edilib.

Həkim Levent Əkinçi siqareti atmaq istəyən xəstələrlə söhbətdən sonra onların buna hələ də hazır olmadığını müəyyən etdiyini deyib. Narkomanlar siqaretsiz həyatlarının necə olacağını düşünür. Onlar "özümü hazır hiss etmirəm", "bu aralar bir az çətinliklərin, problemlərin bitməsini gözləyirəm" kimi bəhanələr gətirirlər. Qərar verməyənlərin çoxu da ciddi sağlamlıq problemi yaşayanlardır. Onlar ancaq astma, xərçəng, ürək damar xəstəliyi kimi problemlər yaşadıqdan sonra qərar verməyə məcbur olurlar. Bu dövrdə xəstəyə dəstək olunmalı, qərarının arxasında durmasına kömək lazımdır.

Bundan sonra özünü təlqinetmə başlayır. 7 gün müddətində proqram tətbiq olunur. 1 həftə boyunca siqaretdən xilas olmaq üçün sinirləri idarə etməyi bacarmaq lazımdır. Proqramın tətbiqində NLP sisteminin gücü əvəz olunmazdır. Hansı şəhərdə və ya hansı ölkədə olursan ol, yalnız qərar vermək kifayətdir.

NLP sistemi həyatın müəyyən müddətində düşünmək deyil, düşünmə və davranış müddətlərini şüurlu hala gətirmə fəal olaraq düşünmək qabliyyətidir. NLP-nin əsas məqsədi insanların həyatı üçün zərərli olduğunu bildikləri vərdişləri bir daha geri qaytarmamaq şərti ilə atmaqdır. NLP sinir dili proqramıdır, fərdi istəkləri əldə etməyə imkan verən bir düşüncə, tətbiq və davranış formasıdır. İnsan bir kompüterə bənzətsək NLP bu kompüteri necə istifadə edəcəyini öyrədən texnologiyadır. Duyğularımızla da hansı davranışın faydalı və təsirli olduğunu anlaya bilərik. NLP vasitəsilə dünyanı necə dərk etdiyimizi görə bilərik.

AzNews.az