Sərnişin avtobusu aşdı: Bakıda- YENİLƏNİB

30 Mart 2013 22:34 (UTC+04:00)
Hadisə nəticəsində xəsarət alanların sayı 11-ə çatıb. Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.

Xəstəxanadan verilən məlumata görə, yaralananlardan 8-i evə buraxılıb, 3-ü isə stasionar şəraitdə müalicə alır.

Xəsarət alanlar əsasən, qabırğa, onurğa sınıqları ilə xəstəxanaya daxil
olublar.

30.03.2013 20:40

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların sayı 10-a çatıb. Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.


30.03.2013 19:30

Bu gün axşam saat 19:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İSUZU"markalı "10-TG-938" dövlət qeydiyyat nişanlı avtobus aşıb.

İlkin ehtimala görə, metronun "Qara Qarayev" stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə avtobusun idarəetməsini itirməsi göstərilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Ancaq bundan çox sərnişinin xəsarət aldığı da güman edilir.

Hadisə yerinə göndərilmiş briqada 6 nəfərə ilkin tibbi yardım göstərərək, onları xəstəxanalara yerləşdirib. Onların 4-ü qadın, 2-i kişi olub.

Zərərçəkənlərin vəziyyətləri müxtəlif cür qiymətləndirilib.

Stansiyadan bildirilib ki, onlar arasında vəziyyəti ağır və yüngül olanlar da var.

Xatırladaq ki, qəza ilə bağlı məlumatı Nizami Rayon Polis İdarəsində təsdiqləyiblər.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az