Axundun qardaşını bıçaqladılar - İnəklərə görə

16 Sentyabr 2018 19:43 (UTC+04:00)

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.

Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisə edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az