AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, sülh haqqında sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində bu hadisə münasibətlə Kralın dəvətinə əsasən Səudiyyə Ərəbistanına gəlmiş BMT-nin baş katibi Antonio Quterreş iştirak edib.
Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar.
AzNews.az