Beyləqanda qadın evindən fahişəxana kimi istifadə edib

30 Mart 2013 20:05 (UTC+04:00)
Beyləqan rayonunda qadının öz mənzilindən fahişəxana kimi istifadə etməsi faktı aşkarlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Zülfiyyə Soltanovanın mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Bu gün xəbər verdiyimiz kimi, başqa İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Nərimanov rayonu ərazisində yaşayan Simarə Hacıyevanın mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi də müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

AzNews.az