Türkiyədə erməni kilsəsi bərpa olunur

30 Mart 2013 20:20 (UTC+04:00)
Türkiyənin Gürün şəhərinin Pınarönü Məhəlləsində 19-cu əsrdən qalan, bir müddət həbsxana, kinoteatr və anbar olaraq istifadə olunan Erməni kilisəsi bərpa olunur. Bu haqda ərazinin bələdiyə başçısı Məhməd Aktaş deyib. O, sözü gedən ərazini sahibindən satın aldıqlarını və geniş bərpa işlərini tamamlamaq üzrə olduqlarını bildirib.

Xalq arasında Məryem Ana Kilisəsi olaraq bilinən əsərin, restovrasiya və rekanstruksiya lahiyəsi Sivas Mədəniyyət abidələrinin qoruma Bölgə İdarəsinin Müdürlüyü tərəfindən təsdiqlənib.Aktaş kilsənin restovrasiyası ilə bağlı olaraq bu bunu deyib:"Restovrasiya Mədəniyyət və Turizm Nazirliyi, Sivas Valiliyi və bələdiyəmizin birgə görəcəyi bir iş olacaq".
Məlumat üçün bildirək ki, restovrasiaydan sonra bura şəhərin muzeyi kimi fəaliyyət göstərəcək. Kilisənin ətrafında da bərpa işləri aparılacaq.

Telman
AzNews.az