ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb - 1,7 milyon dollara

17 Sentyabr 2018 12:09 (UTC+04:00)

Cəmi 1,7 milyon dollara alıcı şəhərdəki bütün yaşayış evlərinə, eləcə də restoran, hotel, dəyirman və opera teatrına sahib çıxacaq.

Bundan əlavə şəhərdə banket zalı, pambığın saxlanılması üçün anbar, bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmiryolu deposu, süni gölməçə və artezian quyusu var.

Qeyd edilir ki, Tumsboro şəhərinin qiyməti Nyu-Yorkun mərkəzində bir mənzilin qiymətinə bərabərdir.

AzNews.az