"Paşinyan öz səs yazılarından narahatdır" - Erməni deputat

17 Sentyabr 2018 12:52 (UTC+04:00)

AzNews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Partiyasının millət vəkili Armen Aşotyan danışıb.

“Baş nazirin bəyanatları getdikcə qəribə xarakter almağa başlayır. Parlamentdə və Parisdə məşhur səs yazısı barədə danışan Paşinyan ölkənin məhkəmə sisteminə birbaşa təsir göstərdiyini sübut etdi. Onun bu cinayət işi ilə bağlı bəyanatlarının dinamikası baş nazirin özünə aid səs yazılarının mövcudluğundan narahat olduğunu göstərir və Allah bilir ki, bundan sonra fəaliyyətdə olan rejim və Ermənistan üçün hansı təsirlər yaranacaq”, - Aşotyan bildirib.

AzNews.az