“Dayanacaqda qanunsuz park edən, müştəri gözləyən taksilər üçün “xoş” sürprizimiz olacaq. Yaxın günlərdə bütün dayanacaqlarda xüsusi kameralar quraşdırılacaq”.
AzNews.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, həmin dayanacaqdan keçən marşrut xətt avtobuslarından başqa saxlanılan istənilən nəqliyyat vasitəsinin “xatirə”şəkili çəkilib, protokollaşdırılacaq.
Elgün
AzNews.az