Gürcüstan Rusiyanın hərbi təlimlərindən narahatdır

30 Mart 2013 21:30 (UTC+04:00)
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya hərbi qüvvələrinin Qara dənizdə hərbi təlimlərə başlamasına etiraz bəyanatı yayıb. Sənəddə bildirilir ki, Rusiyanın Qara dənizdə hərbi təlimlərə başlaması Gürcüstan rəhbərliyində "dərin narahatlıq" hissi yaradıb.

Məlumatda qeyd edilir ki, Gürcüstan sərhədlərinə yaxın bölgələrdə çox sayda əsgər və hərbi texnikanın iştirakı ilə keçirilən bu supriz təlimlər heç də normal deyil.

Provokativ və gözlənilməyən təlimlərin 2011-ci ildə bağlanan Vyana müqaviləsinə tərs olduğu bildirilən bəyanatda Abxaziya və Cənubi Osetiya bölgəsinə yerləşdirilən Rusiya hərbi qüvvələrinin potensial istifadə riskinin narahatlıq hissi yaratdığı bildirilib.

Məlumat üçün qeyd edək ki, Rusiya Qara dəniz hövzəsində hava, dəniz və quru qüvvələrinin iştirakı ilə geniş miqyaslı təlimlər həyata keçirir.

Xəyalə Məmmədova
AzNews.az