Abel Məhərrəmov BDU-nun yeni tələbələri ilə görüşdü

17 Sentyabr 2018 16:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə ətraflı məlumat verən akademik Abel Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil etdiyini bildirib.

Məlum olub ki, BDU-ya daxil olan tələbələrdən 1982 nəfəri 500-dən, 461 nəfəri 600-dən, 131 nəfəri 650-dən artıq, 3 nəfər 700 bal toplayıb, 12 nəfər Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə universitet tələbələrinin sayı 23 minə qədərdir.

Tədbirdə tələbələr adından 700 bal toplayaraq Hüquq fakültəsinin tələbəsi adını qazanmış Əzim Əzizli və valideynlər adından Mahirə Əhmədova çıxış ediblər.

Sonda akademik Abel Məhərrəmov yeni tədris ilinin başlanmasını elan edərək tələbələri, onların valideynlərini və universitet kollektivini bir daha təbrik edib. Yüksək bal toplayan tələbələrlə xatirə şəkilləri çəkdirib.

AzNews.az