Ukrayna Rusiya ilə “dostluq müqaviləsi”nə son verdi

17 Sentyabr 2018 17:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, burada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu müqavilənin müddətinin uzadılmaması ilə bağlı 6 sentyabr 2018-ci il tarixli qərarının əsas tutulduğu bildirilib.

Rusiya və Ukrayna arasında 1997-ci ilin 31 mayında imzalanmış müqavilə iki ölkəni “strateji ortaq” olaraq təqdim edirdi.

Nurlan AĞA
AzNews.az