"Fermerlərimiz də bundan çox razıdırlar" - Nazirdən açıqlama

17 Sentyabr 2018 17:43 (UTC+04:00)

“Nazirlər Kabinetinin Azərbaycana daxil olan kartofun idxal rüsumunu qaldırması çox təqdirəlayiq qərardır. Kartofun qiyməti stabil olaraq qalır. Bu qərarın əsəs məqsədi bizim fermerlərimizin mənafeyini qorumaq məqsədi ilə qəbul edilmiş bir qərardır. Bu il Azərbaycanda kartof məhsuldarlığı gözləndiyindən də daha çoxdur və bununla yanaşı bildiyiniz kimi başqa obyektiv səbəblər vardır ki, ölkəyə daha ucuz kartof gələ bilərdi. Ona görədə fermerlərimizin mənafeyini qorumaq üçün belə bir tədbir görülüb və fermerlərimiz də bundan çox razıdırlar", - deyə o, qeyd edib.

AzNews.az