Yeniyetmə 16 metrlik su quyusunda can verdi

17 Sentyabr 2018 18:54 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2002-ci il təvəllüdlü Şirizadə Rameş Xamməd oğlunun meyitini dərinliyi 16 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzNews.az