ABŞ-da yanğın: 21 nəfər yaralandı - Yenilənib

17 Sentyabr 2018 21:33 (UTC+04:00)

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 18 nəfəri yanğınsöndürəndir.

Zərəçəkənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

***
19:46

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə Departamentinin “Twitter" səhifəsində xəsarət alanlardan 15 nəfərinin yanğınsöndürənlər olduğu bildirilir. Onların vəziyyətinin normal olduğu qeyd edilir.

Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri hələlik məlum deyil.

AzNews.az