50 yaşlı kişi ağacdan yıxıldı - Komaya düşdü

17 Sentyabr 2018 20:41 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun M.Musayev küçəsində baş verib.

Həmin küçədə yaşayan, 1968-ci il təvəllüdlü Mustafayev Əlibala Qoca oğlu həyətlərində meyvə yığarkən ağacdan yıxılıb.

Ə.Musayev ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

AzNews.az