Evində tək yaşayan qadının meyiti tapıldı

17 Sentyabr 2018 22:00 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, 1940-cı il təvəllüdlü yerli sakin Səkinə Atayevaya məxsus meyit Göygöl şəhəri, Ramil Cəfərov küçəsi, ev 26 ünvanında aşkar edilib.

Onun bir neçə gün əvvəl dünyasını dəyişdiyi ehtimal edilir. Qadının həmin ünvanda tək yaşadığı bildirilir.

Meyit tibbi ekspertizaya aparılıb. Onun ölüm səbəbi aparılan araşdırmalar nəticəsində məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az