“Space X”in Aya gedəcək ilk turisti

18 Sentyabr 2018 08:10 (UTC+04:00)

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu, yapon milyarder Yosaku Maesavadır. Maesava “Zozotown” mağazalara şəbəkəsinin sahibi və kolleksiyaçıdır. 2017-ci ildə o, Jan-Mişel Baskın rəsm əsərini 110,5 milyon dollara satın alıb.

Yosakunun Aya gediş-qayıdışı 4-5 gün çəkəcək. Uçuş 2023-cü ildə geçəkləşəcək.

AzNews.az