Məktəblilər arasında kütləvi zəhərlənmə

18 Sentyabr 2018 08:47 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dnepr şəhər Şurasının səhiyyə departamentinin direktor müavini Andrey Babski məlumat verib.

Bildirilib ki, orta məktəbdə qida zəhərlənməsinə görə 38 şagird xəstəxanaya yerləşdirilib. Kütləvi zəhərlənmə ilə bağlı orta məktəb sentyabrın 21-dək bağlanılıb. Bu müddət ərzində zəhərlənmənin konkret hansı qidadan baş verdiyi araşdırılacaq və müvafiq qərar veriləcək.

AzNews.az