AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi ölkənin bu anlaşmadan məmnun qaldığını açıqlayıb.
Qeyd edək ki, İdlibdə hərbi əməliyyatların dayandıırılması ilə bağlı Türkiyə-Rusiya razılaşmasına ilk olaraq ABŞ (Amerika Birləşmiş Ştatları) reaksiya verərək, bu addımı alqışlayıb.
Bölgədə təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə qərar Rusiya və Türkiyə prezidentləri Vladimr Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Rusiyanın Soçi şəhərində dünən keçirilən görüşdə qəbul edilib.
Nurlan AĞA
AzNews.az