Tramp gözlənilən tarixi açıqladı: Sentyabrın 24-də...

18 Sentyabr 2018 12:15 (UTC+04:00)

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan, təxminən, altı min adda 200 milyard dollar dəyərindəki mallara əlavə 10% vergi tətbiq olunması ilə bağlı qərar qəbul edib.

Tramp bu qərarın sentyabrın 24-dən etibarən qüvvəyə minəcəyini bildirib.

Çinə tətbiq olunacaq əlavə verginin miqdarının 2019-cu il, yanvarın 1-dən etibarən 25%-ə qaldırılacağı da vurğulanıb.

Nurlan AĞA
AzNews.az