"Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatlar ziddiyyətlidir" - Rusiyalı ekspert

18 Sentyabr 2018 16:17 (UTC+04:00)

AzNews.az ordu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsi zonası ətrafında baş verən hadisələrə toxunarkən bildirib.

Onun sözlərinə görə, vəzifəsinin icrasına başlayarkən Paşinyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişə tərəfidir, o danışıqlar prosesinə cəlb olunmalıdır və Ermənistan münaqişədə tərəf deyil.

"Lakin əvvəlki formatda Mnatsakanyan-Məmmədyarov görüşü baş tutmaqla, növbəti proses eyni məntiqlə davam etdi", - deyə o, Paşinyanın atdığı addımların ziddiyyətli olduğunu bildirib.

KTMT-də baş verən problemlərə toxunan Tarasov, təşkilatın nüfuzuna böyük zərbə vurulduğunu qeyd edib: "KTMT baş katibi Yuri Xaçaturovun təqibi ilə bağlı bəzi problemlər var. Ermənistan müraciət etdiyi halda KTMT tərəfindən sərhəddə baş verən hadisələrə vahid şəkildə cavab verilə biləcəyini söyləmək çətindir".

AzNews.az