Hacıbəylinin evinə kimlər təbrikə gəlmişdi? – İlginc fakt

18 Sentyabr 2018 17:41 (UTC+04:00)

AzNews.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Diplomat Üzeyir bəyin evində keçirilən doğum günü tədbirində bir sıra yüksək rütbətli dövlət adamlarının da iştirak etdiyini bildirib:

“Digər dövlət adamları da onun evinə gəlmişdilər. Şam süfrəsi arxasında bu əlamətdar günü birlikdə qeyd etmişdilər. Bir yaşını yeni doldurmuş cümhuriyyətdə sənətə və sənətkara göstərilən bu ehtiram xoş bir heyrət doğurur”.

Qeyd edək ki, bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 133 yaşı tamam olur.

AzNews.az