Millimizin heyəti açıqlandı

31 Mart 2013 17:16 (UTC+04:00)
Aprelin 8-dən 14-dək Albaniyanın paytaxtı Tiranda kişi və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yığmanın bolqarıstanlı baş məşqçisi Zlatan Vanev AÇ-2013-ə gedəcək yığmanın heyətini müəyyənləşdirib.

Heyətə kişilərdən London Olimpiadasının üçüncüsü Valentin Xristov, Zülfüqar Süleymanov (hər ikisi 62 kq), Sərdar Həsənov (69 kq) və İntiqam Zairov (94 kq), qadınlardan isə Silviya Angelova (48 kq) və Alena Kiriyenko (69 kq) daxil edilib.