Paytaxtda iki yanğın hadisəsi

31 Mart 2013 17:26 (UTC+04:00)

Bu gün Abşeron rayonu, Bakı –Sumqayıt yolunun 13 –cü kilometrliyində yerləşən sexdə yanğın baş verib. AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 4000 kv. m olan sexin taxta konstruksiyalardan ibarət dam örtüyü 300 kv. m sahədə və sexin ərazisində yığılmış taxta tullantılar 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Digər bir yanğın hadisəsi Bakı şəhəri, Xətai rayonunda baş verib. Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Aynur
AzNews.az