Paytaxtda fləş-mob keçirildi- FOTOLAR

31 Mart 2013 18:58 (UTC+04:00)

Bu gün saat 18:00 radələrində bir qrup müsavatçı Atatürk prospektində siyasi məhbuslara azadlıq tələbi ilə flaş-mob keçirib



Aksiya iştirakçıları Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya, ReAl hərəkatının rəhbəri İlqar Məmmədova, NİDA vətəndaş hərəkatı üzvlərinə və İsmayıllı məhbuslarına azadlıq tələb edən plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Qeyd edək ki, flaş-mob aksiyada 50-dən artıq insanın iştirak etdiyi bildirilir. Aksiya insidentsiz başa çatıb.

AzNews.az