“Qalatasaray”dan Çempionlar Liqasına mükəmməl başlanğıc

19 Sentyabr 2018 08:38 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu turnirə böyük hesablı qələbə ilə başlayıb.

İstanbulda Moskva “Lokomotiv”i ilə qarşılaşan “Qalatasaray” qonaq komandanı üç dəfə meydanın mərkəzinə dəvət edib. Matçın 9-cu dəqiqəsində hesabı Qarri Rodriqes açıb. Eren Derdiyok 67-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb, Səlcuk İnan isə oyunun sonunda penaltidən “Qalatasaray”ın üçüncü qolunu vurub.

A qrupu

“Brüqqe” (Belçika) – “Borussiya” D (Almaniya) 0:1

“Monako” (Fransa) – “Atletiko” (İspaniya) 1:2

C qrupu

“Srvena Zvezda” (Serbiya) – “Napoli” (İtaliya) 0:0

“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 3:2

D qrupu

“Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Rusiya) 3:0

“Şalke” (Almaniya) – “Portu” (Portuqaliya) 1:1

Qeyd edək ki, bu gün E, F, G və H qruplarında oyunlar baş tutacaq.

AzNews.az