Azərbaycanda yüksək maaşın verildiyi sektorlar - 300 min manatı keçir

19 Sentyabr 2018 14:44 (UTC+04:00)

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat olmuşdur

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.