3 dağıstanlı 10 ermənini döydü - Moskvada
31 Mart 2013 20:52 (UTC+04:00)
Moskvanın mərkəzində dağıstanlılarla ermənilər arasında kütləvi dava olub. Rusiya mətbuatının məlumatına görə, hadisə bu gün "Şarmanka" restoranında baş verib.
3 dağıstanlı və 10 erməninin iştirak etdiyi kütləvi dava nəticəsində 26 yaşlı gənc ayağından yaralanıb. Daha 2 nəfər xəsarət alıb. Yaralıların hamısının erməni olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları davanın səbəbini və iştirakçıların şəxsiyyətini müəyyənləşdirir.
Elnarə Əlosmanqızı
AzNews.az