Zakir Həsənov şəxsi heyətin və hərbi texnikalarıın döyüş qabiliyyətini yoxlayıb - Səhra təlimində

19 Sentyabr 2018 17:08 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.

AzNews.az