Qırıcı təyyarə Rusiyanı şoka saldı

19 Sentyabr 2018 17:52 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən yazır ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamada “Mig-31” tipli döyüş təyyarəsinin ölkənin qərbindəki Nijni-Novqorod şəhərində qəzaya uğradığı bildirilib.

Təyyarədəki pilotların sağ olduğuna dair məlumat verilib.

Qeyd edək ki, sentyabrın 17-də Rusiyanın “İl-20” markalı döyüş təyyarəsi Suriyada vurulmuşdu.

Nurlan AĞA
AzNews.az