80 maşın toqquşdu, 3 ölü - VİDEO

1 Aprel 2013 05:30 (UTC+04:00)
ABŞ-ın Virciniya ştatındakı İ-77 şossesində 80-ə yaxın maşın toqquşub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 20 adam xəsarət alıb.

Təcili yardım briqadaları və helikopterlər yaralıları yaxınlıqdakı xəstəxanalara daşıyırlar. Qəzanın baş verdiyi yol bağlanıb.

Yol qəzasına sürücülərin dumanlı və yağışlı havada sürət rejiminə riayət etməməsinin səbəb olduğu bildirilir.

AzNews.az